2019-cu ildən fəaliyyət göstərən İsrail Azərbaycan Təlim Mərkəzi istiqamətini IT sahəsi üzrə dəyişmək istəyən gənclər üçün təlimlər həyata keçirir. Mərkəzdə fəaliyyət göstərən təlimçilər İsrailli mütəxəssislər tərəfindən seçilərək təyin edilir.
Tədris Mərkəzində Frontend Development, Backend Development, Full Stack Development, UI/UX, QA Automation, Mobile Development (Android / IOS), Big Data, Data Science, DevOps, Network Administration, CCNA istiqamətdə təlimlər tədris olunur.
Mərkəzdə təhsil almaq istəyən şəxslər sosial media platformaları üzərindən qeydiyyatdan keçərək müraciət edirlər.
Niyə məhz biz?
• Təlimlər istiqamətlərdən asılı olaraq müəyyən müddət ərzində, həftədə 3 dəfə 3 saat olaraq intensiv şəkildə tədris olunur.
• Tələbələrin müxtəlif şirkətlərə yönləndirilərək işlə təmin olunmasına xüsusi diqqət yetirilir.
• Tədris zamanı istifadə olunan dərs materialları İsrailin IT üzrə öndə gedən mütəxəssislər tərəfindən hazırlanır.
• İsrailli mütəxəssislər ilə online görüş imkanı
#XəyallarınıBizimləKodlaşdır