13.11.2022-ci il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Asrail Azərbaycan Təlim Mərkəzində təşkil etdiyi "Technest" təqaüd proqramının imtahan mərhələsi baş tutdu.
Təqaüd proqramının imtahanı 3 istiqamət üzrə (Full/Stack, Dev/OPs, Q/A) 60 sualdan ibarət test üsulunda həyata keçirilib. Qeyd edək ki, namizədlər Məntiq, Riyaziyyat, İngilis dili və seçdikləri istiqamət üzrə fənnlərdən imtahan veriblər.