Tədbirlər

Tədbir
Code For Future təqaüd programının məzun günü
Tarix

18-02-2023

Müddəti

UFAZ

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə İsrail-Azərbaycan Təlim Mərkəzində təşkil olunan “Code For Future” təqaüd proqramının tələbələri tədrislərini başa vuraraq məzun olublar.
Proqram 4 istiqamətdə həyata keçirilib: Big Data, Frontend Engineering, Backend Engineering, QA Engineering.
Tədbirin birinci hissəsində məzunlarımız tədris müddətində əldə etdikləri biliklərə əsasən hazırladıqları final layihələrini təqdim edərək çıxış ediblər.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, “Technest” təqaüd proqramının rəhbəri Fatimə Ələkbərova, Keyfiyyətin Təminatı Agentliyinin Təhsil üzrə sədr müavini Kamran Rəsulov və müxtəlif şirkətlərdən dəvət olunmuş HR-lar məzunların təqdimatlarla yaxından tanış olduqdan sonra mövzu haqqında geniş müzakirələr edərək fikirlərini bildiriblər.
Tədbirin ikinci hissəsində isə məzunlarımız və HR-lar daha yaxından tanış olaraq layihələri haqqında geniş müzakirələr ediblər.
Qeyd edək ki, mərkəzimizdə tədris olunan “Code For Future” təqaüd proqramı 103 nəfər məzunlarını uğurla yola salaraq növbəti semestr üçün 99 tələbə qəbul edib.