İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrail Azərbaycan Təlim Mərkəzində təşkil etdiyi 3-cü Technest təqaüd proqramının açılış günü baş tutub.
Qeyd edək ki, proqram 3 istiqamət üzrə ( Full/Stack, Mobile Development, Network Administration ) 60 nəfər üçün nəzərdə tutulmuşdur.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən Technest təqaüd proqramının layihə rəhbəri Fidan Balakişiyeva və İsrail Azərbaycan Təlim Mərkəzinin baş meneceri Rasim Abdullayev təqaüd qazanan tələbələri təbrik edərək yeni tədris planında uğurlar arzulayıblar.