Müəllimlərimiz

Elşad Ağazadə

Müəllim

Haqqında

Amerikanın Kaliforniya ştatında fəaliyyət göstərən məşhur "Berkeley Universitetinin Proqramlaşdırma düşərgəsinə" qatılaraq onların öyrətmə metodologiyasını araşdırıb, Azərbaycana qayıtdıqdan sonra burada hal-hazırda məşhur olan kodlaşdırma düşərgələrindən birində təsis edib. Bu müəssisədə yetişdirdiyi tələbələr hal-hazırda müxtəlif layihələrdə, startaplarda və şirkətlərdə proqramçı kimi öz karyeralarına davam edirlər. Bununla yanaşı Azərbaycanda məşhur neft şirkəti olan "British Petroliumun" mütəxəssislərinə proqramlaşdırma və Data Analitika təlimləri keçib. Həmçinin "Britaniya Konsulluğunun" təşkil etdiyi fiziki məhdudiyyətli şəxslərin özünü inkişaf məqsədli layihəsində iştirak edərək fiziki məhdudiyyətli şəxslərə web proqramlaşdırma ilə bağlı təlimlər keçib. 2004-2006-cı illərdə komanda ilə birlikdə "iCanDo LTD" şirkətini təhsis edib və Nurgün Motors, Toyota, Suzuki və başqa şirkətlərlə uğurlu layihələr həyata keçiriblər. ABŞ-da və xüsusən də Silikon Vadidə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq etmişdir və bir çox uğurlu layihələrə imza atıb. Həmçinin Avrasiya üzrə keçirilən Eurasian Startup Awards müsabiqəsində 2019 və 2020-ci illərdə "Süni Zəka" və "Data Science" kateqoriyaları üzrə münsiflər heyətinin üzvü olmuşdur.

Müəllimin Kursları