Haqqımızda


İsrail Azərbaycan Təlim Mərkəzi

Əsası 2019-cu ildə qoyulmuş bu mərkəz Azərbaycanda İT sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlərin kadr ehtiyacını qarşılamaq və bu sahədə karyera qurmaq istəyənlərə təlim paketləri təklif eməkdir. İsrail Azərbaycan Təlim Mərkəzi istiqamətini IT sahəsi üzrə dəyişmək istəyən gənclər və universitet tələbələri üçün ödənişsiz təlimlər həyata keçirir.

Tədris Mərkəzində Full Stack, UI/UX, QA, Mobile Development, Data Science, DevOps, CCNA, Big Data və s. istiqamətdə təlimlər tədris olunur. Təlimlər istiqamətlərdən asılı olaraq müəyyən müddət ərzində, həftədə 3 dəfə 3 saat olaraq tədris olunur.

Təlimi bitirən tələbələr sonda final proyekt olaraq real layihələrini təqdim edirlər. Yüksək nəticə göstərən tələbələrin müxtəlif şirkətlərə yönləndirilərək işlə təmin olunmasına xüsusi diqqət yetirilir.

Mərkəzdə fəaliyyət göstərən təlimçilər İsrailli mütəxəssislər tərəfindən seçilərək təyin edilir. Tədris zamanı istifadə olunan dərs materialları İsrailin IT üzrə öndə gedən tədris mərkəzlərində istifadə olunan materiallardır.

Mərkəzdə təhsil almaq istəyən şəxslər sosial media platformaları üzərindən qeydiyyatdan keçərək müraciət edirlər. Müraciət hissəsi bir neçə mərhələdən ibarət olur. Mərhələləri uğurla keçən namizəd tam təqaüd qazanaraq mərkəzdə təhsil almağa başlayır.