“Front End Developer” Web səhifənin ön üz funkiyalarını istifadəçi istəklərinə uyğun olaraq dizayn edir.Bu proseslərin hər birini Html, Css və Js kimi Front End'ə xas təməl dillər vasitəsilə səhifənin skeletinin quraraq, istənilən dizaynın kodlaşdırılmasıdır.Saytın dizaynının məqsədi istifadəçilərin saytı açdıqları zaman məlumatları oxumaq üçün asan və uyğun formatda görmələrini təmin etməkdir. Onlar saytlarının müxtəlif brauzerlərdə, müxtəlif əməliyyat sistemlərində və fərqli cihazlarda düzgün görünməsini təmin etməlidirlər ki, bu da tərtibatçı tərəfində diqqətli planlaşdırma tələb edir.
“BackEnd Developer” verilənlər bazası, məntiq, tətbiq proqramlaşdırma interfeysi (API), arxitektura və serverlərə diqqət yetirərək veb saytın düzgün işləməsini təmin edir. Onlar brauzerlərə verilənlər bazası ilə əlaqə saxlamağa, məlumatları saxlamağa, başa düşməyə və silməyə kömək edən koddan istifadə edirlər.Bir komandada, back-end tərtibatçıları vebsayt və ya mobil proqramın strukturunu qurmaq üçün front-end tərtibatçıları, məhsul menecerləri və veb sayt testçiləri ilə əməkdaşlıq edirlər. Back-end tərtibatçıları Python, Java, C# və Ruby kimi dillər də daxil olmaqla bir çox alətlər və çərçivələrlə tanış olmalıdırlar. Bu iki Developer tipindən fərqli olaraq Full-Stack Developerlər hər iki Developerin bilik və bacarıqlarına sahib olan mütəxəssislərdir.
Tədris müddəti
Təlim mərkəzində tələbələrimizə həm nəzəri, həm də praktiki biliklər tədris olunur. Dərs müddəti 7 ay 3 saat olmaqla davam edir. Tələbələrimiz tez bir zamanda materialı mənimsəyir, əmək bazarında profesional şəkildə öz yerlərin tapırlar.
Kursdan əldə edəcəkləriniz