Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə İsrail Azərbaycan Təlim Mərkəzində keçirilən "Technest" təqaüd proqramının "Mobile Developer" kursunun tələbələri tədrisi yekunlaşdıraraq məzun oldular. İsrail Azərbaycan Təlim Mərkəzinin əməkdaşı olan Rasim Abdullayev əvvəlcə hər bir məzunu səmimi qəlbdən təbrik edib, onlara gələcək iş və ailə həyatlarında müvəffəqiyyərlər arzulayıb. Onların Təlim Mərkəzində sosial-mədəni fəaliyyətlərdə aktiv işitak etdiklərini, milli-mənəvi dəyərlərə bağlı bir nəsil olaraq yetişdiklərini, dünyagörüşlərini inkişaf etdirdiklərini qeyd edib.
Tədbirin sonunda İATC-ın builki məzunları və onların fəaliyyətləri haqqında video çarx nümayiş etdirilib. Məzunlara İATC və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən sertifikatlar və hədiyələr təqdim edilib, xatirə fotosu çəkilib.