Mən dizayn üzrə 3 illik iş təcrübəsi və Müştəri Xidmətləri sahəsində 5 illik təcrübəyə malik dizaynerəm. Azərbaycanda ilk Agile mühitində işləmək mənə nəsib oldu. Mən həmişə yeni bilik və bacarıqlara acam və bunu IG Design bloqum, iştirak etdiyim seminarlar və görüşlər vasitəsilə başqaları ilə bölüşməyə çalışıram. İnsanların sevdiyi məhsullar yaratmaq məni çox həyəcanlandırır. Gəlin dünyamızı dəyişdirək və insanları xoşbəxt edək!