Test etmə üzrə böyük mühəndis və QA üzrə təlimçi
Ceyhun IT sahəsində keyfiyyətə nəzarət üzrə 6 illik təcrübəyə malikdir. O, proqram təminatının test etmə sahəsi üzrə bir çox uğurlu proyektlərə imza atıb.
“Software Testing” dünyasına ilk addımlarını Bakcell şirkətində Keyfiyyətə Nəzarət departamentində Test etmə üzrə mühəndis kimi başlayıb.
2019-cu ildən Neqsol Holding-ə daxil olan Azerconnect şirkətində Test etmə üzrə böyük mühəndis kimi çalışır.
Hal Hazırda isə İsrail Azərbaycan Təlim Mərkəzində parallel olaraq QA təlimçi kimi fəaliyyət göstərir.