2014-cü ildə, Bakı Dövlət Universitetinin "Tətbiqi Riyaziyyat və Kibernetika" fakültəsinin "Kompüter elmləri" ixtisasında bakalavr təhsilinə qəbul almışdır.
2018-ci ildə fərqlənmə diplomu ilə məzun olmuş və daha sonra "Kompüter Mühəndisliyi" ixtisasında magistraturaya Azərbaycan Texniki Universitetinə daxil olmuşdur.
2021-ci ildə, informasiya texnologiyaları sahəsində karyerasına başlamış və əvvəlcə Aztelekom MMC-də "Java Developer" üzrə işləmişdir. Paralel olaraq "Orient ITM" kursunda Java Programlaşdirma dili üzrə kurs keçmişdir.
Daha sonra Demiroren Qrupunun Azərbaycan filialı olan "Azerlotereya ASC"-da "QA Avtomatlaşdırma Mühəndisi" kimi işə qəbul edilmişdir. Hazırda, karyerasını bu şirkətdə inkişaf etdirir.