Kərim Kərimov 2013cü ildə məktəbi qızıl medal attestatı ilə bitirib, yüksək balla Bakı Ali Neft Məktəbinin Proseslərin Avtomatlaşdırılması üzrə bakalavr təhsilinə başlayıb. Tələbə olduğu müddətdə proqramlaşdırma ilə yaxından tanış olub, 10-a yaxın yerli startupların ərsəyə gəlməsində iştirak edib. 2018-2020 illər arasında Macarıstanda Budapeşt Texnologiya və İqtisadiyyat universitetində Komputer mühəndisliyi üzrə magistr təhsili alıb. Həmin dövr ərzində Nokia-nın Budapeşt ofisində işləyib. 2020-ci ildə magistr təhsili bitdikdən sonra ölkəyə qayıtmış və PAŞA Bank şirkətində Senior Software Developer kimi işə başlamışdır. 2022 aprel ayında Funsional sahə lideri vəzifəsinə təltif olunmuş, 10-dan çox mobil sahəsində çalışan mühəndislərlə fərqli layihələrdə iştirak edir.